Kimsə Azərbaycan torpaqlarında əməliyyat həyata keçirə bilməz - Mustafa Şentop
20.10.2020
"Azərbaycanın daha 30 il də gözləyəcək vaxtı yoxdur. Beynəxlaq təşkilatlar qəbul etdiyi qərarlarının namusunu qorumalıdırlar”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Minsk qrupu münaqişənin həll olunmasına gerçək iradə göstərməyib:
"Minsk qrupunun beyin ölümü gerçəkləşib. İndiyə qədər Qarabağda bir çox yerlər işğaldan azad edilib. Yenə beynəlxalq təşkilatların atəşkəs çağırışı olub. Heç bir dövlət boş-boşuna müharibə etmək istəməz. Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olub. Azərbaycan ilanın eyni yerdən sancmasına icazə verməyəcək. Kimsə Azərbaycan torpaqlarında əməliyyat həyata keçirə bilməz”.