Ceyhun Bayramov Mustafa Şəntopla görüşdü
20.10.2020
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopla görüşüb.
Bu barədə nazirliyin rəsmi "Twitter” hesabında məlumat verilib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun ölkəmizə rəsmi səfəri davam edir.