Bakıda ən çox yoluxma bu ərazidədir
19.10.2020
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.5 faiz, Xətaidə 12.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.7 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 8.0 faiz, Qaradağda 7.2 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 5.5 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.