Mustafa Şentop Bakıya gəldi - FOTO
18.10.2020
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycana səfər edib.
O, Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 18-20-si aralığında nümayəndə heyəti ilə birlikdə ölkəmizdə rəsmi səfərdə olacaq.
Oktyabrın 19-da TBMM sədri ölkə başçısı İlham Əliyev tərəfindən qəbul ediləcək.
M.Şentop oktyabrın 20-də Milli Məclisdə çıxış edəcək. Bununla bağlı məsələ artıq plenar iclasın gündəliyinə salınıb.