Gəncədə dağıntılar altında qalan iki uşağın meyiti çıxarıldı
18.10.2020
Gəncədə dağıntılar altında qalan iki uşağın cəsədi çıxarılıb.
Bu barədə AzTV-nin Gəncədə olan müxbiri məlumat verib.
Bununla da Ermənistan terroruna məruz qalaraq dağılan binanın ərazisində axtarış-xilasetmə işləri yekunlaşıb.
Ermənistan terrorunun hədəfi olan Gəncədə həlak olan vətəndaşlarımızın sayı 15-ə çatıb.