“Ermənistan hərbi siyasi rəhbərliyi cinayətkarlardır, onları cəzalandıracağıq”
17.10.2020
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq. Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Bunu hər kəs bilməlidir, bizim qabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistan dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər. Atəşkəs elan edildi, ondan bir gün keçmədi ermənilər Gəncəni bombaladılar. Özü də haranı, yaşayış massivlərini. Bu gün də haranı vurdular, yenə də yaşayış massivlərini. Nə vaxt vurdular, gecə saatlarında. Ki, çox insanlar həlak olsun. Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, necə ki Xocalı soyqırımına görə beynəlxalq birlik heç kimi məsuliyyətə cəlb etməyib, biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq. Bizim cəzamız ədalətli cəza olacaq. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi siyasi rəhbərliyi cinayətkarlardır. Biz bu cinayətkarları cəzalandıracağıq”.