Xocalı qətliamının iştirakçısı yaralandı, oğlu da ÖLDÜRÜLDÜ
16.10.2020
Günlərdir Dağlıq Qarabağda davam edən döyüşlərə qatılan işğalçı Ermənistanın keçmiş deputatı Rüstəm Qasparyan yaralanıb, oğlu isə məhv edilib.
Bu barədə "Çiçəklənən Ermənistan” partiyasından olan deputat Araik Aqababyan "News.am” saytına məlumat verib.
O bildirib ki, əməliyyat olunan Qasparyanın vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Qasparyan birinci Qarabağ savaşı zamanı azərbaycanlılara qarşı çox vəhşiliklərə imza atıb. O cümlədən Xocalı qətliamının iştirakçılarından olub. "Qara qaplan" adlı terror qruplaşmasının başçısı olub.
İşğalçı ölkənin "Hraparak” qəzetinin iyulda yaydığı məlumata görə, həmin ayın 5-də, "Tovuz hadisələri"ndən sonra Rustam Qasparyan Armavirdə "Qara qaplan" təşkilatının toplantısını keçirib, "Qara qaplan"ı yenidən yaratdığını bəyan edib. Qarabağda hərbi əməliyatlar başlayandan sonra oğlu ilə birlikdə Qarabağa gəlib.