21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyana qarşı qiyam HAZIRLANIR

16.10.2020

Azərbaycan Ordusu 20 gündür ki, işğalçı Ermənistana qarşı cəbhədə uğurlu döyüş əməliyyatlarını davam etdirir. 

Nəticədə bir sıra kəndlərimiz, Hadrut qəsəbəsi və strateji yüksəkliklər şanlı ordumuz tərəfindən işğaldan azad edilib. Düşmən sentyabrın 27-dən bu günə kimi xeyli sayda canlı qüvvəsini, döyüş texnikalarını itirib. Erməni hərbi qulluçuları artıq Qarabağda döyüşmək istəmir. Onlar silahlarını yerə qoyaraq qaçıb canlarını qurtarmağa çalışırlar. Baş nazir Nikol Paşinyanın feysbukda xalqa sonuncu etirafından sonra cəmiyyətdə ruh düşkünlüyü və narazılıq daha da artıb. Paşinyan etirafında bu müddət ərzində çox itki verdiklərini, qurbanların sayının çoxaldığını qeyd edib. Bütün bunlara görə, Ermənistan əhalisi hazırda məyus vəziyyətdədir. İnsanlar artıq cəbhədən gələn uğursuz xəbərlərdən yorulublar. Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizi biri-birinin ardınca azad etməsi fonunda Paşinyanın hələ də taktiki "qalibiyyətlərdən" söz açmasına Ermənistanda da inanan yoxdur. Paşinyanın və komandasının yalanlarına davam etməsi erməni cəmiyyətində ondan narazılığı ifrat dərəcədə artırır. Azərbaycan əhalisi isə işğaldan azad olunan kəndlərimizin və şəhərlərimizin sevincini yaşayır. Ermənistandan fərqli olaraq, Azərbaycanda hər evin balkonunda bayraqlarımız dalğalanır.

Ermənilər mətbuata açıqlamalarında və sosial şəbəkələrdəki paylaşımlarında Azərbaycan Ordusunun qələbəsindən sonra vahiməyə düşdüklərini gizlətmirlər. Onlar bu məsələdə açıq şəkildə Paşinyanı ittiham edirlər. Ermənistan əhalisi bizim qalib mövqedə olduğumuzu, Dağlıq Qarabağı tezliklə geri alacağımızı bilir. Onlar Paşinyanın Qarabağ məsələsində xalqını aldatdığını düşünürlər.
 
olan qüvvələrin, eləcə də çoxsaylı qocaların və yeniyetmələrin ciddi hazırlıq keçmədən Azərbaycan Ordusuna qarşı döyüşə göndərilməsi Paşinyan iqtidarının insan həyatına dəyər vermədiyinin bariz nümunəsidir. Bu da cəmiyyətdə hakimiyyətdən narazılığı artıran daha bir faktordur. 

Paşinyana qarşı artıq siyasi hücumlar da başlayıb. Yaranmış bu vəziyyətdə "Qarabağ klanı” Paşinyan iqtidarından revanş alınması üçün əlverişli fürsət yarandığını düşünür.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar formatı Xarici İşlər nazirlərinin son Moskva görüşündə dəyişməz olaraq qalıb. Ermənistan tərəfindən də formatın dəyişilməzliyi bir daha təsdiq edilib. Buna görə də Paşinyanı daha açıq şəkildə yalan danışmaqda və populizmdə ittiham edirlər. 

Məlumdur ki, Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Rusiya və digər bir çox ölkəylə münasibətlərində problemlər yaranıb.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. O, Soros tərəfindən idarə olunan bir adamdır: "Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir. Bu gün Paşinyan komandasının 90 faizi Soros, "Transparency International”, "Amnesty International”, "Human Rights Watch” və bu kimi çirkin təşkilatların nümayəndələridir”.

Beləliklə də, sorosçuların ölkədə hakimiyyətin əsas təmsilçilərinə çevrilmələri də indi burada ciddi narazılıq yaradır və bunun günahkarı qismində Paşinyan qəbul edilir. Ermənistan cəmiyyətində belə bir fikir hakimdir ki, Paşinyanın addımları ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. Məsələn, "7or.am” portalı yazır ki, indiki keyfiyyət göstəricilərinə malik bir dövlət, hökumət Ermənistanın intiharı deməkdir. Bu yanaşma cəmiyyətin böyük bir qismində də qəbul edilməkdədir. 

Məlumdur ki, Paşinyanın idarəçiliyi dövründə Ermənistanda sosial-iqtisadi problemlər daha da dərinləşib. Yoxsulluq, səfalət pik həddədir. O, xalqının sosial iqtisadi rifahını təmin edə bilmir. 

Bütün bunların fonunda Paşinyana qarşı hiss edilən narazılıq Ermənistanda hakimiyyətə qarşı yeni qiyamın olacağını istisna etmir. 

Təcrübəsizlikdə və siyasi klounluqda ittiham edilən Paşinyana qarşı artıq sözügedən klan aktiv fəaliyyətə keçib və yeni qiyama rəhbərlik etməyi özünə əsas hədəf seçib.