Türkiyə səfiri Sərkisyana cavab verdi
16.10.2020
Türkiyənin Birləşmiş Krallıqdakı səfiri Ümid Yalçın Ermənistan Prezidenti Armen Sərkisyanın Britaniyanın "Faynənşl Tayms” qəzetinə verdiyi müsahibəsindəki iddialara cavab məktubu yazıb.
Səfirin "Faynənşl Tayms” qəzetində dərc olunan cavab məktubunu təqdim edirik:
"Ermənistan dünya güclərini Türkiyəni dayandırmağa çağırır” yazısındakı ritorika erməni tərəfinin diqqəti faktlardan yayındırmaq cəhdlərindən biridir. Müsahibə aldığınız Ermənistan Prezidenti Armen Sərkisyan qonşunun 20% ərazisini 30 ildir işğal altında saxlayan ölkənin lideridir. Bu, həmin ölkədir ki, beynəlxalq hüquq və beynəlxalq sistemi ələ salır.
Onlar öz dezinformasiya kampaniyalarını davam edirlər, sanki onların işğalı bir milyon azərbaycanlının didərgin salınmasına səbəb olmayıb. Ermənistan vəziyyətindən sui-istifadə edir, çünki beynəlxalq ictimaiyyət onların işğalını pisləmir. Nə vaxt beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa və beynəlxalq hüquqa hörmət etməyə çağıracaq?
Ancaq işğala son qoymaq yerinə Ermənistan utanmazcasına hazırkı vəziyyəti "soyqırımı” ilə mübarizə kimi təqdim etməyə çağırır. Onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə (822, 853, 874 və 884) uymalı və öz qoşunlarını Azərbaycanın işğal altında olan ərazilərindən çıxarmalıdır”, - məktubda qeyd olunub.