ABŞ eks-müdafiə nazirini həbs etdi
16.10.2020
ABŞ-ın Los-Anceles hava limanında Meksikanın keçmiş müdafiə naziri Salvador Senfueqos Sepeda saxlanılıb.
Bunu Meksika Xarici İşlər naziri Marselo Ebrard deyib. O, eks-nazirə lazım olan konsulluq yardımının təqdim ediləcəyini bildirib.
Qeyd edək ki, Sepeda 2012-2018-ci illərdə Meksikanın müdafiə naziri olub.