Çavuşoğlu Lavrovla danışdı: Tərtər hücumu...
16.10.2020
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat yayılıb.
Nazirlər Azərbaycan-Ermənistan qarşıdurmasında son vəziyyəti müzakirə edib.
Nazirlər Ermənistanın humanitar atəşkəsi pozmaqla Azərbaycanda yaşayış məskənlərini hədəf alaraq mülki şəxsləri atəşə tutmasını, eyni zamanda Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığa edilən hücumu gündəmə gətiriblər.