23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hindistan lider olmaq istəyir

27.06.2018

Hindistan Ayda geniş yayılan və Yer üçün perspektivli enerji mənbəyi ola biləcək helium-3 izotopunun hasilatına görə lider olmaq niyyətindədir.
TASS informasiya agentliyi xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatının rəhbəri doktor Kaylasavadivu Sivan oktyabr ayında Aya göndəriləcək missiyasının əsas məqsədinin yerin peykində su və helium-3 izotopunun axtarışı olacağını bildirib. Onun fikrincə, Hindistanın gələcək Ay missiyası Yerin peykinə, Marsa və daha uzaqlara kommersiya və hərbi məqsədlər yarışında iştirak edən dövlətlər və kompaniyalar arasında ölkəsinin mövqeyini gücləndirəcək.
Hindistan oktyabr ayında heyətinə Ayın cənub qütbü rayonuna kiçik hərəkət qurğusu ilə birgə orbital modul və eniş modulu daxil olan "Çandrayan-2” avtomatik ekspedisiyasını göndərməyi planlaşdırır. Kosmik Tədqiqatlar Təşkilatı keçmişdə müxtəlif dövlətlər tərəfindən təşkil olunan bütün Ay missiyalarının göy cisminin ekvatoru regionunu tədqiq etdiyini və hələlik onun qütblərinin ciddi şəkildə tədqiq olunmadığını xatırladıb.
Planetimizi atmosfer qoruduğu üçün Günəşdə gedən proseslər nəticəsində yaranan helium-3 izotopuna Yerdə az təsadüf olunur. Müxtəlif hesablamalara görə, atmosferə malik olmayan Ayın səthindəki tozda toplanan bu maddənin həcmi 500 min tondan bir neçə milyon tonadəkdir. Ekspertlərin fikrincə, bir ton helium-3-dən 15 milyon ton neftin yanması zamanı istehsal olunan ekvivalentdə enerji almaq mümkündür.