21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistanda ciddi təlaş

27.06.2018

"Göründüyü kimi, Azərbaycanda keçirilmiş hərbi parad Ermənistan rəhbərliyində, xüsusilə Ermənistan XİN və Müdafiə Nazirliyində ciddi təlaş yaradıb. Ermənistan xarici işlər nazirinin və indiyə qədər hər hansı məzmunlu bəyanatını eşitmədiyimiz Ermənistanın XİN-nin sözçüsünün "Twitter" və ya klaviatura fəaliyyəti bunun daha bir göstəricisidir”.
Bu fikirləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın sözlərinə cavab olaraq deyib.
H. Hacıyev qeyd edib ki, Sarkisyan rejiminin tör-töküntüsü olan Ermənistan XİN-nin mətbuat katibinin canfəşanlığının səbəbi ola bilər ki, öz vəzifəsini itirməkdən qorxmasıdır: "Bilavasitə Ermənistan xalqının düşməni olan Sarkisyanın hərbi xunta rejiminə xidmət edən və vaxtilə Sarkisyanı klaviatura diplomatiyası vasitəsilə vəsf edən bir mətbuat katibindən başqa bir şey gözləməyə dəyməz. Ona görə də erməni həmkarımın Kiplinqin "Mauqli" əsərində Şirxanın dostu olan personaja tez-tez müraciət etməsini başa düşmək elə də çətin deyil. Hər bir Azərbaycan vətəndaşı 26 iyun tarixində ölkəmizdə keçirilən hərbi parad, Ali Baş Komandanın orada çıxışı ilə qürur duydu. Ermənistan Azərbaycan ordusunun qüdrəti və əməliyyat imkanlarının günbəgün artmasından narahat olmaq istəmirsə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarsın və işğala son qoysun”.
H. Hacıyev fürsətdən istifadə edərək Ermənistan XİN-də olan həmkarlarına, xüsusilə mətbuat katibinə tövsiyəsini də çatdırıb: "Tövsiyə edərdim ki, digər ölkələrdən nümunə götürərək peşəkarlığınız üzərində çalışın və özünüzü gülünc vəziyyətə qoymaqda davam etməyin. Sərsəm və məntiqsiz açıqlamaları şərh etmək bizim üçün də çətin olur”.