AB ölkələri ORDU yaradacaqlar
27.06.2018
Avropa Birliyinin 9 üzv ölkə nümayəndələri təşəbbüslə çıxış ediblər. Belə ki, təşəbbüskarlar hər hansı bir formada operativ müdaxilə imkanlarına malik ola biləcək hərbi ordu yaratmaq üçün niyyət məktubu imzalayıblar.
Lüksemburqda bir araya gələn 9 ölkənin Medafiə Nazirləri "Avropa Müdaxilə İnisiativi" olaraq adlandırılan və gərgin vəziyyətlərdə hərbi güclərin təcili bir şəkildə hərəkətə keçirilməsini təmin edəcək medafiə işbirliyi layihəsi üçün niyyət protokoluna imza atıblar. Bu ölkələr Fransa, Almaniya, Belçika, İngiltərə, Danimarka, Hollandiya, Estoniya, İspaniya ve Portuqaliyadır.
Hazırda AB ilə ayrılıq üçün müzakirələr aparan İngiltərənin inisiativə daxil olması isə diqqəti çəkir. İnisiativin İngiltərənin birlikdən ayrıldıqdan sonra da üzv ölkələrlə müdafiə məkanında işbirliyini davam etdirmə imkanı tanıyacağı düşünülür.
İnisiativ daxilində aparılacaq əməliyyatlara ölkələrin dəstək verib-verməyəcəklərinin isə mühüm bir qərar olacağı bəyan edilir.
AB içərisində 9 ölkənin diger üzvlərdən sərbəst bir şəkildə hərəkət edərək müdafiə istiqamətində ortaq addım atma qərarı, birlik içərisinde bölünməyə yol aça bileceyi fikirlərini də ortaya atdı.