“Qarabağ məsələsində bitərəf qalmalıyıq” - Fransa XİN
14.10.2020
"1994-cü ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən Rusiya, ABŞ və bizə verilən səlahiyyət bitərəf qalmağımızı tələb edir”.
Bu barədə Fransa Xarici İşlər naziri Lö Drian Fransa parlamentində çıxışı zamanı ermənipərəst millət vəkillərinin Dağlıq Qarabağ problemində Ermənistanı dəstəkləmə çağırışlarına cavab olaraq bildirib.
ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik rolunu oynadığını deyən Lö Drian, "İki ölkədən birini dəstəkləsək, qanuni hərəkət etmərik”,- deyə qeyd edib.
O, ölkəsinin Azərbaycanla uzunmüddətli əlaqələrinin olduğunu da sözlərinə əlavə edib.