Polad Həşimovu vuran Ruben GƏBƏRDİLDİ - FOTO
14.10.2020
Ermənistan ordusunun daha bir zabiti məhv edildi. 44 yaşlı Ruben Sənəmyan ordumuz tərəfindən məhv edilib.
Bu barədə məlumatı erməni saytları yayıb.
Ermənistan prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdi.
Qeyd edək ki, Ruben Sənəmyan iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olduğu təxribatın təşkilatçısıdır.