Mesut Özildən Azərbaycana DƏSTƏK
14.10.2020
İngiltərənin "Arsenal” klubun futbolçusu Mesut Özil Azərbaycana dəstək olub.
32 yaşlı yarımmüdafiəçi bu barədə "Twitter” hesabında paylaşım edib.
Almaniya yığmasının sabiq üzvü Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir” sözlərini yazıb.
Türk əsilli oyunçu "Tək millət, iki dövlət” ifadəsini də paylaşıb.