“ Qarabağı Ermənistanın təpəsinə döyə-döyə almaq lazımdır” - Bahçeli
13.10.2020
Türkiyənin Miliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelı Ermənistanın Azərbaycana yönələn terror hücumunu pisləyib.
Türkiyə mətbuatı xəbər verir ki, Bahçelı Ermənistanın mülki əhalini hədəf almasının insanlığa qarşı cinayət olduğunu deyib:
«Qarabağda erməni vəhşiliyi davam edir. Atəşkəs təklifi tələdir. Dağlıq Qarabağı terrorçu Ermənistanın başına vura-vura geri almaq lazımdır».
Partiya lideri deyib ki, Ermənistanın törətdiyi vəhşiliklərdən biri Xocalı soyqırımıdır. Beynəlxalq
qətnamələrə baxmayaraq Azərbaycanın haqlı davasında beynəlxalq ictimaiyyət ikili standartları davam etdirir.