21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Heç kim Azərbaycana mane ola bilməz” - İsrailli politoloq

13.10.2020

Siyasətdə ikili standartların dövrüdür. Bəziləri üçün bir şey deyib, digərləri üçün isə başqa şeyi edirik. Təəssüf ki, bir tərəfdə otuz ildir qanuni ərazilərinin 20 faizindən çoxu işğal altında olan Azərbaycan, digər tərəfdə dünyadan praktiki olaraq təcrid olunmuş, çox aqressiv olmasına rəğmən, dünya güclərinin çoxunu razı salan Ermənistan var.

Bunu Azvision.az -a açıqlamasında İsraildən olan politoloq Yuri Boçarov deyib.

O bildirib ki, Azərbaycan Ordusu uzun illərdən sonra öz ərazilərini işğalçılardan azad etmək üçün əsas vəzifəsini həyata keçirməyə başlayıb.

"Bu, ədalətli iş yalnız Azərbaycan vətənpərvərləri tərəfindən deyil, digər ölkələrin bütün rasional düşünən vətəndaşları tərəfindən alqışlanır. Lakin, belə demək mümkünsə, Azərbaycan Ordusunun ən ciddi uğurları fonunda otuz illik "status-kvonun" pozulması açıq şəkildə ATƏT-in Minsk Qrupunun üzvlərinin hamısını qane etmir. Beləliklə, onların hər biri qərar verir, öz maraqları naminə Azərbaycan Ordusunun uğurlarını dondurmağa çalışır. Kimisi qınayır və dayanmağa çağırır, kimisi beynəlxalq səviyyədə məlumatları təhrif etməyə cəhd göstərir, bəziləri də hər zamankı kimi humanitar yardım adı altında qoşunları transfer edir. Ancaq mən əminəm ki, Azərbaycan Ordusu öz ərazilərini işğalçılardan azad etmək üçün həyata keçirdiyi haqlı işi davam etdirdiyi müddətdə hamı yalnız danışa və qınaya bilər, amma açıq şəkildə bu prosesə mane ola bilməzlər.

İndi əsas odur ki, ölkəyə qarşı real güc tətbiq etməyə imkan verəcək hər hansı bir təxribatdan uzaq olaraq, bu işi ağılla sona çatdırasan. Sözlərə gəlincə, qoy danışsınlar, Şərqdə deyilən kimi, "it hürər, karvan keçər", - deyə israilli politoloq qeyd edib.