21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ərdoğanla Avropa Şurasının sədri arasında MÜZAKİRƏ

13.10.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Şurasının sədri Şarl Mişellə telefon danışığı baş tutub.

Görüşdə Türkiyə- AŞ münasibətlərinin genişləndirilməsi, Şərqi Aralıq dənizi məsələləri müzakirə olunub.

Müzakirə olunan əsas mövzulardan biri də Ermənistanın Azərbaycana qarşı təxribatçı hücumları olub. Belə ki, Ərdoğan Azərbaycan torpaqlarını işğal edən Ermənistanın neft və təbii qaz xətlərinin keçdiyi Tovuz, daha sonra Gəncəyə hücum etməsi ilə Avropanın enerji təhlükəsizliyini heçə saydığını bir daha sübut etmiş olduğunu bildirib.

Türkiyə dövlət başçısı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü nəzərə alaraq tutarlı mövqeyini ortaya qoymasını istəyib.