Akar Şoyquya zəng etdi - “Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır”
12.10.2020
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında məlumat verilib.
Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Hulusi Akar Ermənistanın hücumlarına son qoymağının və işğal etdikləri torpaqlardan çıxmağının vacibliyini vurğulayıb.
"Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalıdır”,- deyə Akar danışıq zamanı qeyd edib.