Prezident cəbhədən şad xəbər verdi
12.10.2020
"Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da ki, kəndlərin yerləşməsi nəzarət altına alınır".
Bunu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin "Haber Global” televiziya kanalına verdiyi müsahibədə deyib.
Dövlət başçısı bildirib ki, bu gün bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır:
"Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanları edəcəyik.
Bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır. Belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini sivillərdən çıxarmaq istəyir".