21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyənin danışıqlar prosesindəki vacib rolu - TƏHLİL

12.10.2020

Azərbaycan ordusu düşməni işğal altında olan torpaqlardan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur edib. Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edilib və həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.

Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarında qardaş Türkiyənin dəstəyi danılmaz faktdır. Məhz Türkiyənin Azərbaycana satdığı müasir silahlar işğalçı Ermənistan ordusunun qorxulu kabusuna çevrilib. Ankara Azərbaycan ordusunun apardığı hərbi əməliyyatları hərtərəfli dəstəkləməklə, Bakının yanında olduğunu nümayiş etdirib.

Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşündən sonra humanitar atəşkəsin imzalanması Dağlıq Qarabağ probleminin masada həll edilə biləcəyi ehtimalını yaradıb. Ermənistan tərəfi hələlik humanitar atəşkəsə əməl etməsə də, tərəflər arasında bu razılaşmanın mövcud olması rəsmi Bakıya əlavə üstünlük verir. Bu günə kimi müxtlif ölkələrdən atəşkəs imzalanması üçün yalvarışlar edən Ermənistan hakimiyyətinin artıq bəhanə gətirəcək heç bir yolu qalmayıb.

Türkiyə region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli həlli prosesində öz rolunu oynamalıdır. Məhz Ankaranın birbaşa tərəf kimi çıxış etməsi bu günə kimi Azərbaycanın məhrum olduğu dəstəyi ona qaytaracaq. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bu günə kimi danışıqlarda Azərbaycana heç bir uğurlu çıxış yolu təqdim etməyib. Türkiyənin danışıqlardakı iştirakı regionda davamlı sülhün təmin edilməsi prosesinə əsaslı töhfəsini verəcək.

Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərin başlamasının ilk günündən yaxından iştirak edir. Yaranmış indiki reallıqda Türkiyədən daha böyük əzmlə proseslərdə aktiv iştirak gözlənilir. Aydın məsələdir ki, Türkiyə regionda qonşu ölkədir və Cənubi Qafqaz regionunda baş verən gərginliklər onu ciddi narahat edir. Türkiyə bu regionda davamlı sülhün təmin edilməsində öz səylərini davam etdirir. İstər Minsk qrupu formatı, istərsə də digər formatlar çərçivəsində Türkiyənin region dövləti və söz sahibi olan bir ölkə olaraq bu prosesdə yaxından iştirakı rəsmi Bakıya böyük üstünlük verəcək.

Azərbaycan regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasını ən çox istəyən ölkədir. Lakin Ermənistan hakimiyyəti bunun əksinə olaraq gərginlik yaradır, sülh danışıqlarını pozur və hədə dili ilə danışığa üstünlük verir. Bu səbəbədən Ermənistanın cəzalandırılması qaşılmaz olur. Görünən budur ki, regionda sülhün təmin olunması üçün Ermənistan vacib addımlar atmalıdır. Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxarmalıdır. Bu, bütün region dövlətlərinin marağında olan məsələdir.