Rusiya və İran prezidentləri Qarabağı müzakirə ediblər
12.10.2020
İran tərəfinin təşəbbüsü ilə Prezident Həsən Ruhani ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
İran prezidentinin rəsmi saytı xəbər verir ki, telefon söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Prezident Həsən Ruhani Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin Moskvada keçirdikləri görüş zamanı atəşkəs rejiminin təmin olunmasının müzakirəsini dəstəklədiyini bildirib. İran Prezidenti problemin sülh danışıqları yolu ilə və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı dövlətlərin COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri və qarşılıqlı yardım məsələləri də müzakirə mövzusu olub.