“Prezident Rusiyaya açıq mesaj verir ki...” - Emin Milli
12.10.2020
"Baş komandanın yerli və dünya mediasına verdiyi son müsahibələri, çıxışları çox mükəmməldir”.
Bunu insan haqları müdafiəçisi Emin Milli deyib.
"Prezident Ilham Əliyev Rusiyanın "RBK” telekanalına verdiyi müsahibədə Ermənistanın nə dərəcədə Rusiya tərəfindən dəstəkləndiyini və nə qədər oyuncaq dövlət olduğunu gözəl izah etdi. Rusiyaya açıq mesaj verir ki, bunların arxasında siz durmusuz, danışın bunlarla, təsir edin bunlara. Bilir xeyri olmayacaq, amma diplomatik olsa da sözünü deyir.
Baş komandanın yerli və dünya mediasına verdiyi son müsahibələri, çıxışları çox mükəmməldir, əladır. Heç vaxt onu belə görməmişəm. Əsas odur ki, bu qələbə bizim olsun, çünki haqq bizim tərəfdədir. Çox çətindir, amma mümkündür. Gücümüz indi birliyimizdədir”, - Emin Milli bildirib.