Rusiya iqtisadiyyatı ciddi şəkildə kiçiləcək - Kudrin
12.10.2020
Rusiyanın ümumdaxili məhsulu 2020-ci ildə 5%-dən çox azala bilər.
Bunu Rusiya Hesablamalar Palatasının sədri Aleksey Kudrin deyib. O, 2022-2023-cü illərdə iqtisadiyyatın artım templərinin 2,5%-i keçməyəcəyini bildirib:
"Məncə, hökumət yaxın perspektivi çox optimist dəyərləndirir. 2021-ci ilin ilk rübündə Rusiya iqtisadiyyatı çətinliklərlə üzləşəcək. ÜDM güclü şəkildə azalacaq”.