"WarGonzo"nun saxtakarlığının üstü AÇILDI
12.10.2020
"WarGonzo"nun saxtakarlığı üzə çıxıb.
"WarGonzo" Telegram kanalının rəhbəri, hərbi müxbir Semyon Peqov Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olan və cəsədləri toplamaq üçün nəzərdə tutulmuş maşına minib, Hadruta daxil olub. Bunu etməkdə məqsədi odur ki, həmin ərazidən görüntü çəkərək, səhifəsində və kanalda paylaşaraq desin ki, guya Hadrut ermənilərdədir.
O, rahat bir yerdə maşından düşərək video və fotolar çəkir, yayır, Hadrutun ermənilərin nəzarətində olduğunu iddia edir. Hər halda Azərbaycan əsgərinin Beynəlxalq konvensiya və razılaşmaya əsasən həmin avtomobilə atəş açmayacağını bildiyi üçün belə arxayın davranır.
Diqqətlə baxsaq, "Qırmızı xaç" işarəsinin foto və videolarda montajla silindiyini görərik.
"WarGonzo" haqda
War müharibə, Gonzo isə "Gicbəsər jurnalistika" deməkdir. Mənası isə jurnalistin tərəf tutaraq, fikirlərini və mövqeyini bir-başa öz jurnalist fəaliyyətində, qeyri-obyektiv göstərməsinə deyilir.
"WarGonzo" layihəsinin yaradıcısı Semyon Peqovdur.