Hikmət Hacıyev: Ermənilər humanitar yardım adı altında “Smerç” raketləri alıb
11.10.2020
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter”dəki hesabında Ermənistanın humanitar yardım çərçivəsində yeni "Smerç” raketləri alması ilə bağlı paylaşım edib.
Hikmət Hacıyev yazıb:
"Ermənistan humanitar yardım çərçivəsində yeni "Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlar başlandı. Sivil dünya və Ermənistanın arasında fərqə baxın".