03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xocalı soyqırımının iştirakçısı ÖLDÜRÜLDÜ

10.10.2020

Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edilib.

"Report” xəbər verir ki, A.Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

O, separatçı rejim tərəfindən dinc azərbaycanlıları qətlə yetirdiyinə görə "Döyüş xaçı” ilə "təltif edilib”.

Aprel döyüşlərində də iştirak edən "Saşik” ləqəbli terrorçu separatçıların başçısı Araik Arutyunyanın yaxın dostu olub. Onun "ASALA” terror təşkilatının üzvü olduğu bildirilir.

Terrorçu düşmən ordusu tərəfindən Hardrut qəsəbəsinə edilən hücum zamanı Azərbaycan hərbçiləri tərəfindən tələyə salınaraq məhv edilib.