Hikmət Hacıyev:: "Türkiyə artıq masadadır"
10.10.2020
"Türkiyə artıq masadadır. Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür. Türkiyə eyni zamanda regionun qonşu ölkəsidir”.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Minsk qrupu və digər formatlar çərçivəsində Türkiyənin bu prosesdə iştirakı yaxından gözlənilir.