Belarusda kritik vəziyyət: Lukaşenko tapşırıq verdi
10.10.2020
Belarus Prezidenti Aleksandr Lukaşenko belaruslu diplomatlara respublikanın maraqlarını Litva, Latviya, Polşa və qismən Ukrayna siyasətçiləri qarşısında möhkəm müdafiə etməyi tapşırıb.
Belarus lideri deyib: "Xarici İşlər Nazirliyinin daha fəal işləməyə başladığını görürəm. Ancaq bu, kifayət deyil. Öz hüquqlarımızı qətiyyətlə müdafiə etməli və qarşı tərəf, xüsusən Polşa, Litva, Latviya və qismən Ukrayna siyasətçiləri qarşısında suallar qoymalıyıq".
Dövlət başçısı Qərbin Belarusda vəziyyəti qəlizləşdirmək cəhdlərinin davam etdiyini bildirib:
"Təzyiqlərin xarakteri əvvəlki kimidir: siyasi, iqtisadi və xüsusən də informasiya təzyiqi. Bir də sanksiya siyahısı əlavə ediblər”.