"Ermənistan sülhə hazırdır" - Paşinyan
09.10.2020
"Ermənistan Qarabağla bağlı sülh danışıqlarına başlamağa hazırdır".
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda keçirilən Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şuranın iclasında deyib.
O bildirib ki, münaqişənin sülh yolu ilə həll olunması prinsipinə sadiqdirlər.
"Son bir neçə gündə ATƏT-in həmsədr ölkələrinin prezidentləri və xarici işlər nazirlərinin verdiyi açıqlamalara uyğun olaraq sülh prosesini davam etdirməyə hazırıq", - deyə Paşinyan əlavə edib.