Xankəndi vuruldu - hərbçilər təxliyyə edilir + VİDEO
09.10.2020
Müdafiə Nazirliyi oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində davam edən bütün cəbhə boyu gərgin döyüşlərlə bağlı məlumat yayıb.
Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyyə edilir.
Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.