“Azersky” peykindən əldə edilmiş təsvir -CƏBRAYIL
09.10.2020
Bu gün Azərbaycan Respublikasının dövlət bayrağı Ermənistanın işğalından azad olunmuş Cəbrayıl şəhərində dalğalanır.
"Azərkosmos” ASC-dən bildirilib ki, "Azersky” peyki vasitəsilə əldə olunmuş təsvirdən göründüyü kimi, 27 il ərzində işğal altında olan Cəbrayıl şəhərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb. Həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyətləri həyata keçirilib.
Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyəti, hələ ki, Azərbaycanın digər işğal altında olan torpaqlarında davam edir. "Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.
Tarixi ərazimiz olan Dağlıq Qarabağda Ermənistanın işğalçı siyasətinə qarşı apardığımız haqlı mübarizədə böyük zəfərlə qalib gələcəyimizə əminik! Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!