Senator Alən Uper: Makron oda benzin tökməməlidir
08.10.2020
ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytrallıq nümayiş etdirməli və oda benzin tökməməlidir.
Bu fikri Fransa Senatında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alən Uper şəxsi "Twitter” hesabında paylaşıb.
Senator Fransa prezidentini onsuz da gərgin olan vəziyyəti daha da qızışdırmamağa çağırıb.