Ermənistan Azərbaycan ərazilərindən dərhal çıxmalıdır - AKAR
08.10.2020
Ermənistan terror təşkilatları ilə əməkdaşlığı dayandırmalı və Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalıdır.
Bu fikirləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycana hücumları ilə bağlı açıqlamasında ifadə edib.
Dağlıq Qarabağ probleminin dərhal həll olunmasının vacibliyini vurğulayan nazir bildirib: "Hər zaman və hər yerdə qürurla ifadə etdiyimiz kimi, Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir. Can qardaşlarımızın yanında olduq, bundan sonra da haqlı mübarizəsində sonadək Azərbaycanın yanında olacağıq”.