Qarabağda döyüş bu cür bitəcək - Serb general
08.10.2020
Azərbaycan Ordusunun növbəti hücum əməliyyatlarından sonra müharibənin nəticələri Türkiyə və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində sabitləşəcək və Qarabağ nəhayət Azərbaycana qayıdacaq.
Bunu serbiyalı ehtiyatda olan general-mayor Mitar Kovaç deyib.
"Ümid edirəm ki, bu müharibə tezliklə başa çatacaq. Tərəflərin hazırkı mövqelərini nəzərə alaraq, danışıqların birmənalı şəkildə Azərbaycanın xeyrinə başa çatacağını demək olar”, - Kovaç bildirib.