21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nikolun Xankəndiyə gəlməsi çox yaxşıdır... - ŞƏRH

07.10.2020

Paşinyanın bu dəfə Dağlıq Qarabağa səfər etməsi bizə də sərf edir: yəni onun real mənzərə ilə yerindəcə tanış olması daha yaxşıdır. Qoy, reallığı görsün və qorxsun!

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəlməsi haqda danışarkən deyib. O bildirib ki, Paşinyan Ermənistan baş naziri olaraq Dağlıq Qarabağa vəziyyəti yerində öyrənmək üçün gəlib:

"Məsələyə konseptual yanaşsaq, görə bilərik ki, Azərbaycan əks-hücum əməliyyatı aparır və artıq mühüm nailiyyətlər əldə edib. Ermənistanın itkiləri isə gözləniləndən də çoxdur.

Rəsmi İrəvan hər zaman Azərbaycandan əks-hücum gözləyirdi, lakin bunu daha çox lokal bir müharibə kimi qiymətləndirirdi. Bu gün isə Azərbaycan cəbhənin bütün istiqamətində genişmiqyaslı əks-hücum əməliyyatı aparır. Rəsmi İrəvan itkiləri hər nə qədər gizlətsə də, real mənzərə onu göstərir ki, Ermənistan müharibəyə uzun müddət tab gətirməyəcək.

Əks-hücum əməliyyatları zamanı işğaldan azad edilən ərazilər, eyni zamanda məhv edilən düşməndən qalan texnikalar onu göstərir ki, Ermənistan ordusu heç də müharibə aparmaq gücündə deyil”.