Rusiya: KTMT ölkələrini qarışdırmaq cəhdləri var
07.10.2020
Xarici qüvvələr KTMT ölkələrində ictimai-siyasi situasiyanı qarışdırmağa cəhdlər edir.
Bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.
"Biz bunu Belarusda müşahidə etmişik. Bu ölkədə Belarus xalqının toqquşduğu çətinliklərdən istifadə cəhdləri oldu”, – deyə o bildirib.
Pankin postsovet məkanı uğrunda mübarizənin getdiyini, Qərbin bu ölkələrə yad olan qaydaları, mədəniyyəti bura daxil etmək istədiyini bildirib.