Yunanıstan Bakıdakı səfirini geri çağırdı
07.10.2020
Yunanıstan Azərbaycana yeni təyin olunmuş səfirini geri çağırıb.
Yunanıstan səfirliyindən də təsdiqlənən informasiya Yunanıstan Respublikasının Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində paylaşılıb.
Paylaşımda deyilir:
"Azərbaycan hökumətinin əsassız iddialarına görə Yunanıstanın Azərbaycandakı səfiri Piperigos Xarici İşlər naziri Nikos Dendiasın qərarı ilə Afinaya məsləhətləşməyə çağrıldı”.