Erməni qadın əsgərlərimizə: Evinizə xoş gəldiniz! - VİDEO
07.10.2020
Azərbaycan Ordusunun əsgərləri işğaldan azad edilən yaşayış məntəqələrinin birində erməni qadınla rastalaşıblar. Əsgərlərimizin suallarına cavab verən erməni qadının "Biz Azərbaycan əsgəriyik” deyən əsgərlərimizə "evinizə xoş gəldiniz” deməsi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Həmin dialoqun mətnini təqdim edirik:
- Salam. Adınız nədir?
- Azniv.
- Azniv xanım, siz ermənisiniz?
- Bəli.
- Əsliniz Ermənistandandır?
- Əslim Ermənistandandır, amma hazırda burada işləyirəm.
- Hansı sahədə çalışırsınız?
- Mağazada satıcı işləyirəm.
- Qohumlarınız da burada yaşayır?
- Xeyr, Ermənistanda yaşayırlar.
- Biz Azərbaycan əsgərləriyik. Vətənimizə gəlmişik.