Ukraynada yoluxmada yeni ANTİREKORD
07.10.2020
Ukraynada son sutka ərzində koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.
Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, ötən gün ölkədə 4753 nəfər koronavirusa yoluxub, 77 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma halları Kiyev, Odessa, və Xarkov vilayətlərində qeydə alınıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 239 min 337 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 4597 nəfərdir, 105 min 970 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.