Çavuşoğlu: Bu günə qədər atəşkəs var idi, nə dəyişmişdi ki?
06.10.2020
"Bu gün dünyadan gələn çağırışlara baxırıq. Dərhal atəşkəs bağlanmasını istəyirlər. Bəs, sonra nə olacaq? Bu günə qədər atəşkəs var idi, nə dəyişmişdi ki?"
Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu keçirilən brifinqdə bildirib.
"Ermənistan Tovuza hücum etdi. Azərbaycan onlara cavab verdi. Beynəlxalq ictimaiyyət yenə atəşkəs dedi. Atəşkəs oldu, son nə baş verdi? Ermənistan yenidən Azərbaycana hücum etdi.
Yəni atəşkəs olsun, lakin bunun nəticəsi necə olacaq? Ermənistana Azərbaycan torpaqlarından dərhal çıxın deyə bilirsinizmi? Topaqlardan çıxması üçün hər hansı çıxış yolunuz varmı? Xeyr, 30 ildir eyni çağırışlar olunur",-deyə Mövlud Çavuşoğlu əlavə edib.