23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sevindirici proqnoz: Azərbaycan Ordusu kritik mərhələni keçdi, indi ...

06.10.2020

Türkiyəli təhlükəsizlik və antiterror məsələləri üzrə ekspert Coşkun Başbuğ "Yeni Şafak” qəzetinə müsahibəsində Azərbaycan Ordusunun Qarabağda döyüş əməliyyatlarını şərh edib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu həm əməliyyatın planlaşdırılması, həm icra edilməsi mərhələsini çox uğurlu şəkildə həyata keçirir.

Başbuğ qeyd edib ki, Dağlıq Qarabağ kimi mürəkkəb coğrafi şəraitə malik bölgədə dünyanın azsaylı orduları döyüş əməliyyatları apara bilər.

"Bu cür mürəkkəb, çətin əməliyyatdan əvvəl qərargah zabitlərinin ərazini çox ciddi təhlil etməsi lazım idi. Əməliyyatların gedişi Azərbaycan Silahlı Qüvvələrinin bu işi necə düzgün gördüyünü sübut edir. Çünki şüursuzcasına hərəkət edilsəydi xaos, qəza və ciddi itkilər olardı. Azərbaycanı həqiqətən təbrik etmək lazımdır. Oradan gələn qardaşlarımıza verdiyimiz təlimlərlə hərbi ruhun yüksəldiyini görürük”, – deyə Coşkun Başbuğ bildirib.

O vurğulayıb ki, Azərbaycan Ordusu 5 istiqamətdən hərəkətə keçib. Cənubda Cəbrayılın azad edilməsi, şimalda irəliləməsi qazanılan ilk ciddi uğurlardır. Başbuğ hərbi əməliyyatların nə qədər davam edəcəyi barədə danışarkən bu cür müharibələrdə vaxt müəyyən etməyin düzgün olmadığını bildirib.

"Doktrina baxımından vaxt müəyyən etmək düzgün deyil. Müddətə təsir edən bir çox amillər var. İqlim amili, coğrafi şərtlər, yeni fövqəladə situasiyaların meydana çıxması kimi. Azərbaycan Ordusu çox qısa müddətdə bu cür böyük uğur əldə edə bildi. Bundan sonrakı mərhələdə proses daha sürətlə gedəcək. Ermənistan ordusu ən böyük müqaviməti birinci müdafiə xəttində göstərdi. Bu xətt qırıldıqdan və müəyyən mərhələ keçildikdən sonra arxası corab sökülməsi kimi asan gedəcək”, – deyə ekspert əlavə edib.