Paşinyan Putinə iclas zamanı dayanmadan zəng etdi
05.10.2020
Sentyabrın 27-dən Azərbaycana qarşı davamlı təxribatlar törədən işğalçı Ermənistan rəhbərliyinin Rusiya Prezidenti Vladimir Putinə tez-tez zəng etdiyini göstərən görüntülər yayılıb.
"Dövran Media” xəbər verir ki, bu barədə "Rossiya 1” telekanalı xəbər süjeti hazırlayıb.
Süjetdə qeyd olunub ki, Vladimir Putinin ötən gün keçirilən hökumət nümayəndələri ilə videokonfrans zamanı iş telefonuna fasiləsiz zənglər gəlib. Rusiya Prezidentinə kimin zəng etdiyi dəqiq bilinməsə də, zəng edənlər arasında Ermənistan Baş Naziri Nikol Paşinyan və Fransanın Prezidenti Emmanuel Makronun olduğu ehtimal olunur.
Putinin zənglərin birinə cavabında isə "Sonra zəng edərəm, indi məşğulam” deməsi diqqətlərdən yayınmayıb.