Düşmən bizi bu nöqtələrdən vurur - İNFOQRAFİKA
05.10.2020
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz "Twitter” hesabında düşmənin Azərbaycana atdığı raketlərin Ermənistanın öz ərazisindən tuşlandığını yazıb.
o, paylaşımına infoqrafika da əlavə edib.
"Ermənistanın son hücumları kütləvi insan fəlakətinə səbəb ola biləcək haldır. Eyni zamanda Cenevrə Konvensiyasına ziddir. Ermənistan bunu etməklə təxribat yaratmağa və üçüncü tərəfləri məsələyə cəlb etməyə çalışır”, - Fərid Şəfiyev yazıb.
Qeyd edək ki, işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub.
Hazırda da Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.