Ermənistan Azərbaycanın 24 mülki vətəndaşını qətlə yetirib - RƏSMİ
04.10.2020
Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı açıqlanıb.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.
Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində bu ana qədər həlak olmuş şəxslərin sayı 24-ə, xəsarət alanların sayı isə 111-ə çatıb.
Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya atəşi nəticəsində 248 evə və 49 mülki obyektə ciddi ziyan dəyib.