Komendant saatı ilə bağlı XƏBƏRDARLIQ
02.10.2020
"Bakı şəhərində 21:00-dan ertəsi gün səhər saat 06:00-dək komendant saatı tətbiq edildiyindən təkarən bildiririk ki, komendant saatının qüvvədə olduğu müddətdə hər bir hərəkət iştirakçısı xidməti vəsiqə və ya "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkət etməlidir”.
Bunu Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
"Məlumat üçün qeyd edirik ki, komendant postlarına giriş-çıxış edən hər bir hərəkət iştirakçısı əvvəlcədən gedəcəkləri ünvana olan məsafəni və vaxtı nəzərə alıb komendant saatı başlayanadək və yaxud işini başa çatdırmayan, eləcə də komendant saatı dövründə xüsusi icazəsi və ya şəxsiyyət vəsiqəsi olmadığı halda qaldıqları (olduqları) ünvanı tərk etməməsi tövsiyə olunur.
Eyni zamanda komendant saatının tələbi pozulursa, vətəndaş, sürücü, sərnişin müddət bitənədək ərazi polis orqanlarında saxlanılır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinə əsasən, barəsində inzibati tənbeh tədbiri həyata keçirilir.
Təkrarən bildiririk ki, fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 100 manatdan 150 manatadək, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək cərimə oluna bilərlər.
Bir daha tələblərə uyğun hərəkət etməyinizi əvvəlcədən xahiş edirik".