Türkiyə və Pakistanın dəstəyini yüksək qiymətləndiririk
02.10.2020
Ölkədə ümummilli həmrəylik var.
Bunu bu gün keçirilər brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
"Torpaqların azad edilməsi Azərbaycan xalqının tələbidir. Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil. Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 il ərzində danışıqlar aparılmasına baxmayaraq, torpaqların azad edilmədiyini bildirib. Prezident İlham Əliyevin təşəkkürünü bir daha çatdırırıq. O cümlədən, Pakistanın da dəstəyini yüksək qiymətləndiririk. Macarıstan, Türk Şurası, İƏT tərəfindən Azərbaycana dəstəyi yüksək dəyərləndiririk”, - H.Hacıyev bildirib.