Ermənistanın döyüş müqaviməti sıradan çıxarılır
02.10.2020
Əməliyyatların gedişi onu göstərir ki, Azərbaycan Ordusu dronlardan, yüksək texnologiyalardan istifadə edərək düşmənin hərbi infrastrukturunu sıradan çıxarır.
Bunu Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, bu, Ermənistan silahlı qüvvələrinin müqavimətini əsaslı şəkildə sarsıdır:
"Ermənistanın silahlı qüvvələrinin əsas logistik, hərbi-sursat anbarlarına ciddi zərbələr vurulub. Bu da Ermənistan silahlı qüvvələrinin bu cəbhədə olan bölmələrinin müqavimətini güclü şəkildə azaldıb. 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi istehkam sistemləri qurulub, maddi-texniki baza quraşdırılıb. Bunların qısa müddətdə sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin döyüş müqavimətinin sıradan çıxarılması deməkdir”.